Homoseksuallıq insanda necə formalaşır? – SEKSOLOQ AÇIQLADI
30 dekabr 2022 20:15 (UTC +04:00)

Homoseksuallıq insanda necə formalaşır? – SEKSOLOQ AÇIQLADI

Homoseksuallıq bir çox cəmiyyətlərdə qəbuledilməz sayılır. 

Bəzi insanlar müəyyən yaşda anlayırlar ki, onlar homoseksualdır.

Maraqlıdır, görəsən, homoseksuallıq insanda anadangəlmə yaranır?

Məsələ ilə bağlı seksoloq Təhmasib Cavadzadə Lent.az-a açıqlamasında bildirib ki, homoseksual insanın necə formalaşdığını elm hələ də açıqlaya bilməyib. 

Onun sözlərinə görə, bunun üçün bir çox nəzəriyyələr var:

“Ən əsas nəzəriyyə genetik nəzəriyyədir. Yəni bir insan genetik olaraq homoseksual olur. Mühit nəzəriyyəsinə görə isə mühitdə homoseksuallar çox olanda insan homoseksual kimi formalaşır. Hazırda mühitdən qaynaqlanan səbəblərə görə, homoseksuala çevrilən insan həddindən artıq çox azdır. Mənsə isə homoseksual olmaq bir seçim deyil. İnsan özünü dərk edəndə artıq başa düşür ki, homoseksualdır. Amma homoseksual olan bəzi insanlar bunu qəbullana bilmirlər. Biseksual insanlar sonradan da olsa fərqinə varır. Amma homoseksual insanların 90%-i özünü dərk etdikdən sonra bunu qəbullanırlar”.

# 4575
avatar

Arzu Qurbanlı

Oxşar yazılar