İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
24 mart 2023 17:13 (UTC +04:00)

İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN

“Ağrı hiss edə bilirsənsə, canlısan. Başqalarının ağrısını isə hiss edirsənsə, insansan”. Bu sözləri dahi rus yazıçısı Lev Tolstoy deyib. Ağrı, acısı olan insanları təsəlli etmək çətindir. Bəs insanları təsəlli edəndə hansı kəlimələri işlətmək olmaz?

Lent.az xəbər verir ki, türkiyəli psixoloqlar ortaq bir nəticəyə gələrək, acısı olan insanlara necə davranmalı olduğumuzu açıqlayıblar.

Yarası təzə olan insanlar gerçəyi qəbullanmaqda, şokdan çıxmaqda çətinlik çəkirlər. Bu da təbii prosesdir. Bu prosesdə isə kəlimələri xüsusilə seçib demək lazımdır. Məsələn, insanlara “Həyat davam edir”, "Güclü olmalısan”, “Keçəcək, düzələcəksən, hər şey əvvəlki kimi olacaq”, “Uşaqlarına, ailənə görə yaşamalısan” və s. kimi ifadələri demək olmaz.

Həmin insanlar yavaş-yavaş reallıqlarla üzləşəndə aqressiv, emosional, öfkəli və həssas ola bilirlər. Buna görə də zərərçəkənin üzüntüsünü, acısını ifadə etməsi üçün şərait yaradılmalıdır.

# 3738
avatar

Nigar Namiq

Oxşar yazılar