® İstanbul NS Klinikası 7/24 xidmətinizdədir
26 sentyabr 2022 13:10 (UTC +04:00)

®İstanbul NS Klinikası 7/24 xidmətinizdədir

Bakının mərkəzində yerləşən İstanbul NS Klinika 2009-cu ildən etibarən fəaliyyət göstərir. Müasir avadanlıqları və ixtisaslı tibbi personalları ilə 7/24 sizlərin  xidmətindədir. Klinikada tibbin geniş sahələrini əhatə edən xidmətlər yer almaqdadır.

  • Ümumi Cərrahiyyə
  • Plastik, Estetik Və Rekonstruktiv Cərrahiyyə
  • Üz-Çənə Cərrahiyyəsi
  • Travmatologiya Və Ortopediya
  • Anesteziologiya Və Reanimasiya
  • Alqologiya Və Ağrı
  • Damar Cərrahiyəsi
  • Rinoplastika
  • Neyrocərrahiyyə kimi xidmətlər verilməkdədir

 

Rastlaşdığınız ən təcili hallarda vaxt itirmədən yanınızdayıq.

Günümüzdə ölüm hallarının bir çoxu vaxtında və ya düzgün ilkin tibbi yardım eedilməməsi səbəbindən baş verir. Həmçinin klinikaya gec çatdırılma və ya klinikaya çatdırılana qədər heç bir tibbi müdaxilə edilməməsi də həyati təhlükələrə səbəb olur.

İstanbul NS Klinikası Təcili Tibbi Yardım şöbəsi müasir avadanlıqları olan tibbi avtomobilə sahibdir. Avtomobildə istər xəstə yatağı, istər ilkin müdaxilə avadanlıqları peşəkar personalların istifadəsi ilə sizin sağlamlığınız üçün düşünülmüşdür.

070 738 85 00 nömrəli Sağlamlıq Xətti ilə həftənin 7 günü 24 saat zəng edilə bilər və zənglər cavablandırılır.

 

Sağlam addımılarla ağrılardan uzaqlaşın.

İstanbul NS Klinika Travmatologiya və Ortopediya şöbəsi oynaq, onurğa sütunu, vətər və s. xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə həyata keçirir. Müasir tibbi avadanlıqlarımız və peşəkar mütəxəssislərimizlə daim sağlamlığınızın keşiyindəyik. Bu sayədə xəstəliyinizin ilkin diaqnostikası vaxt itirmədən qoyulur. Yüksək ixtisaslı mütəxəssislərimiz tərəfindən müalicəyə başlanılır.

Travmatologiya və Ortopediya şöbəmizdə klassik üsullarla birgə ən müasir üsullarla da müalicə və müayinə həyata keçirilir. Atroskopiya, intramedulyar və ekstramedulyar osteosintez, sümük və əzələ deffektləri və s. bunlara aiddir. Klinikamızda həmçinin endoprotezləşmə, özüllərin rekonsturksiyası əməliyyatları da həyata keçirilir.

 

Artıq hər evdən uşaq səsi gələcək.

İstanbul NS Klinika Urologiya şöbəsi kişi və qadın ifraz sistemi xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Təcrübəli uroloqlarımız kişi cinsi orqanı xəstəliklərinin patologiyasının diaqnostika və müalicəsini həyata keçirir. Uroloji xəstəliklər həm kişilərdə, həm də qadınlarda geniş yayılmışdır. Bu səbəbdən müntəzəm olaraq uroloq müayinəsindən keçmək vacibdir. Uroloq konsultasiya müəyyən mərhələləri əhatə edir. İlkin olaraq xəstənin şikayətləri dinlənilir, əl ilə və vizual olaraq xəstə yoxlanışdan keçir. Xəstə haqqında suallar verilərək onun barəsində pis vərdişlərinin olması, allergiyasının möcudluğu və s. kimi informasiyalar toplanılır. Sonra, cinsiyyət orqanına baxış keçirilir, xayaların və penisin forması, ölçüləri qiymətləndirilir. Damarlar kontrol edilir. Həkim tərəfindən xəstədə mütləq müayinə tələb edən şübhəli hal aşkar edildikdə xəstə laboratoriya testlərinə göndərilir. Burada xəstə qandan, sidikdən və bəzi hallarda spermadan testlər verir. Uroloji xəstəlilərin aşkarlanma metodlarından bir digəri də, USM, MRT və KT müayinə metodlarıdır. Bunlar xüsusi həkim göstərişi olduqda vacibdir.

# 3129
avatar

Oxşar yazılar