"Kristal Abşeron": "Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı"
03 mart 2023 16:10 (UTC +04:00)

"Kristal Abşeron": "Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı"

Ötən gün bəzi xəbər saytlarında "Kristal Abşeron binaları əyildi, sakinlər təhlükədə" başlıqlı yazılar dərc edilib.

"Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş "Kristal Abşeron"un əməkdaşları dərhal yayılan xəbərlə maraqlanıb və adıçəkilən binaya baxış keçiriblər.

Məlumata görə, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir.

Şirkət bildirib ki, bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Yaşayış binası konstruktiv cəhətdən yüksək səviyyədədir və memarlığında hər hansı bir dəyişiklik yoxdur. “Qobu Park-2” binaları tam təhlükəsiz, sakinlərin rahat yaşamı üçün yararlıdır.

# 3162
avatar

Oxşar yazılar