Laçın-Xankəndi yolu: Aksiyanın 81-ci günü  -FOTO
02 mart 2023 08:36 (UTC +04:00)

Laçın-Xankəndi yolu: Aksiyanın 81-ci günü  -FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, aksiya gecə boyu davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

# 1608
avatar

Oxşar yazılar