Laçında şəhid olan hərbçilərimiz dəfn edildi - FOTO
06 avqust 2022 12:28 (UTC +04:00)

Laçında şəhid olan hərbçilərimiz dəfn edildi - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Samir Səməd oğlu dəfn olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2003-cü il il təvəllüdlü şəhid əsgər Samir Xudiyev Sabaunçu rayonu, Ramana qəsəsbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib

Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisədə hər iki əsgərimiz şəhid olub.

***

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu Ağstafada dəfn edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, şəhid olan hərbi qulluqçumuz, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə anadan olduğu Ağstafanın Xətai kəndində vida mərasimi keçirilib. Daha sonra şəhidimiz Ağstafa rayon şəhidlər xiyabanında dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

# 4785
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57