Məktəbliyə zorakılıq edən icra başçısının müavini İŞDƏN ÇIXARILDI
18 iyul 2022 17:58 (UTC +04:00)

Məktəbliyə zorakılıq edən icra başçısının müavini İŞDƏN ÇIXARILDI

Lənkəranda məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini işdən azad edilib.

Lent.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı bu gündən etibarən tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətindən rəsmi və eksklüziv olaraq faktla bağlı məlumat APA-ya verilib.

# 3609
avatar

Oxşar yazılar