Məmurlar "səhv" sifarişə görə  işdən çıxarıldılar
21 fevral 2023 18:45 (UTC +04:00)

Məmurlar "səhv" sifarişə görə işdən çıxarıldılar

İspaniyada dörd məmur Asturiya və Kantabriya bölgələri üçün nəzərdə tutulan qatarların layihələndirilməsində ciddi səhvə görə işdən çıxarılıb. 

Lent.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.

2020-ci ildə ölkənin şimalındakı iki dağlıq bölgə üçün ümumilikdə 31 dar ölçülü şəhərətrafı və uzun məsafəli qatarlar sifariş edilib, lakin bir neçə həftə əvvəl onların bölgədəki tunellərə sığmayacağı məlum olub.

Qatarlar yenidən dizayn edilməlidir, lakin bu, onların çatdırılmasında əhəmiyyətli gecikmələrə səbəb olacaq.

Vəziyyət ictimaiyyəti qəzəbləndirib və İspaniyanın nəqliyyat üzrə dövlət katibi İzabell Pardo de Veranın, həmçinin RENFE dövlət dəmir yolu şirkətinin prezidenti İsayas Taboasın istefasına səbəb olub.

Bundan başqa, fevralın əvvəlində xəta məlum olanda dövlətə məxsus dəmir yolu infrastrukturu şirkəti “Adif” iki yüksək vəzifəli məmuru işdən çıxarıb.

Nəqliyyat Nazirliyi vəziyyətin ilkin mərhələdə üzə çıxdığını və pulun havaya sovrulmadığını, lakin rayon sakinlərinin daha 2-3 il yeni nəqliyyat vasitələri gözləməli olacağını vurğulayıb.

# 3111
avatar

Oxşar yazılar