Müğənni Hiss və şəhidimiz eyni uşaq evində böyüyüb: “Balaca qardaşım”
14 sentyabr 2022 14:30 (UTC +04:00)

Müğənni Hiss və şəhidimiz eyni uşaq evində böyüyüb: “Balaca qardaşım”

Tanınmış müğənni şəhid Səbuhi Əhmədovla bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, Hiss və Səbuhi Əhmədov eyni uşaq evində böyüyüblər.

Hiss paylaşdığı şəklə "Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!" deyə ürək sözlərini yazıb.

Səbuhi Əhmədov Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində həlak olan 50 şəhidimizdən biridir.


 

# 5631
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar