Nabranda hovuzda qadınları çəkən:  "Qeyrətiniz varsa..."
20 iyul 2022 14:02 (UTC +04:00)

Nabranda hovuzda qadınları çəkən: "Qeyrətiniz varsa..."

Nabranda yerləşən istirahət mərkəzlərindən birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Sözügedən şəxs "magerramoff" adlı profillə "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 

93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, yayılan görüntülərdəki hadisə barəsində məlumat var: 

“Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
 

# 8610
avatar

Fidan İlqar

Oxşar yazılar