Naxçıvanın DYP rəisi işdən azad edildi
24 mart 2023 23:39 (UTC +04:00)

Naxçıvanın DYP rəisi işdən azad edildi

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi işdən azad edilib.

Lent.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, bir müddət öncə sərəncama verilən polis mayoru, idarənin rəisi Ayaz Quliyev işdən çıxarılıb.

O, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təhcizat Şöbəsində inspektor vəzifəsinə təyin olunub.

# 2706
avatar

Oxşar yazılar