Pambıqçılar niyə zəhərlənib? -  Alaq əleyhinə dərman, buxarlanma...  - YENİLƏNİB
23 iyun 2022 10:59 (UTC +04:00)

Pambıqçılar niyə zəhərlənib? - Alaq əleyhinə dərman, buxarlanma... - YENİLƏNİB

Beyləqanda baş vermiş kütləvi zəhərlənmənin bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Milabad kəndində baş veirib.

Belə ki tarlaya alaq əleyhinə kustar üsulla dərman səpən pambıqçılar, təlimata əsasən bir neçə gün gözlədikdən sonra işə davam etməliydilər. Amma əksinə, dərman səpəndən bir neçə saat sonra tarlaya giriblər və dərmanın buxarlanması nəticəsində zəhərləniblər. Zəhərlənənlərin sayı isə 16 nəfər olub. Onların bir neçəsi bu gün səhər evə buraxılıb. Bir hissəsi isə hələ də xəstəxanadadır.

***

10.19

Beyləqandakı pambıq tarlasında çalışarkən zəhərlənənlər gün ərzində evə buraxılacaqlar.

Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qurumun mətbuat katibi Zamirə Adilovanın sözlərinə görə, vəziyyətləri qənaətbəxşdir:

“Vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar”.

 

***

09:23

 

Beyləqanda pambıq tarlasında çalışanlar arasında kütləvi zəhərlənmə olub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən APA-ya bildirilib ki, zəhərlənənlər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

# 4971
avatar

Oxşar yazılar