Prezidentin Gədəbəyə təyin etdiyi gənc icra başçısı kimdir? - DOSYE
11 avqust 2022 13:31 (UTC +04:00)

Prezidentin Gədəbəyə təyin etdiyi gənc icra başçısı kimdir? - DOSYE

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon ictimaiyyətinə təqdim edilib.

Lent.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  Sərəncamına əsasən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmiş Mürsəlov Orxan Çingiz oğlu avqustun 12-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinə təqdim edilib.

Təqdimatdan sonra Orxan Mürsəlov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

***.

 

Bu gün Prezident İlham Əliyev Gədəbəy rayonuna yeni icra başçısı təyin edib.

Belə ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı posuna gətirilib.

Lent.az xəbər verir ki, O.Mürsəlov yeni təyinatadək Prezident Administrasiyasında baş məsləhətçi kimi çalışıb.

O, PA-da Ərazi-təşkilat məsələləri şöbəsində 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsini tutub. 

Vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.

Qeyd edək ki, Gədəbəyin icra başçısı postu 2021-ci il oktyabrın 5-dən boş qalmışdı. 

# 6231
avatar

Oxşar yazılar