Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib -  FOTO
02 may 2023 19:25 (UTC +04:00)

Prokurorluq əməkdaşları uşaq və körpələr evlərini ziyarət edib - FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, mayın 2-də prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.

 Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara böyük qayğı ilə yanaşması barədə uşaqlara danışılıb.

Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

# 1584
avatar

Oxşar yazılar