"Pulunu USAİD-dən, NED-dən alan media müstəqil ola bilərmi?" - Deputat danışır
31 may 2023 13:04 (UTC +04:00)

"Pulunu USAİD-dən, NED-dən alan media müstəqil ola bilərmi?" - Deputat danışır

“2023-cü ilin bütövlükdə qlobal gözləntiləri doğrultmadığı sirr deyil. Biz pandemiyadan, müharibədən çıxmış dövlətik. Adətən bu tip ard-arda çətinliklərə məruz qalan dövlətlər xarici yardımlar hesabına ayaqda qalır. Amma cənab İlham Əliyev heç bir xarici borclanma olmadan nəinki bu qədər çətinliklərdən sonra iqtisadiyyatı ayaqda saxlamağı bacardı, üstəlik bu gün biz Livan boyda bir ərazini vandalizmin nəticələrindən təmizləyib yenidən qurmaqda olan bir dövlətik, üstəlik də ciddi nailiyyətlər əldə edib, büdcəyə bir daha baxırıq”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bu reallığın fərqinə varmaq, reallığı konseptual qiymətləndirmək lazımdır.

“Elə öz regionumuza baxaq və müqayisə edək, budur real göstərici. Yoxsa sosial-iqtisadi durumun, yaxud büdcənin icrasının göstəricisi sosial media, xüsusən “azad media” pərdəsi altında buxovlanmış muzdlu medianın təbliğatı ola bilməz. Mən indi həmin media qurumlarının adını bu ali tribunadan səsləndirmək istəmirəm, onlar üçün böyük şərəf olar. Sadəcə sual qoyuram, pulunu USAİD-dən, NED-dən alan media müstəqil ola bilərmi? Hər kəs bilir də onlardan gələn sifarişin məzmunu və məqsədi nə ola bilər. Açın həmin media qurumların səhifəsini, görün, dövlətin həyata keçirdiyi siyasətin bir müsbət tərəfi işıqlanırmı? Əgər sən azad mediasansa, tənqid etdiyin kimi, reallıqları da göstərməlisən”, - deyə Bəhruz Məhərrəmov qeyd edib.

Deputat bildirib ki, Azərbaycan bu qədər qlobal çətinliklərin arasında dünya oyunçusuna çevrilib: “Bayden məktubunda qeyd edir ki, regionda inkişafın təməlində Azərbaycanla tərəfdaşlıq dayanır, Putin Azərbaycanı qlobal oyunçu adlandırır, İsrail Prezidenti dünən rəsmən bəyan etdi ki, Azərbaycan məsələlərin həll olunduğu mərkəzdir, Macarıstan Baş Naziri, Serbiya Prezidentinin cənab İlham Əliyev haqqında işlətdikləri ifadələr bir tarixdir, amma bəzi ünsürlər görün nə deyir, nə yazır”.

O, hazırda parlamentdə müzakirələrə, hədəflərə diqqət çəkib: “Biz quruculuğa bərpaya əlavə vəsait ayırırıq, ordunun gücləndirilməsinə vəsait ayırırıq. Nəyin hesabına? Həyata keçirilən düzgün tədbirlər, dövlətin sükanının doğru əldə olması hesabına. Cənab İlham Əliyevin bərqərar etdiyi sabitliyin, bu ölkənin təhlükəsiz adaya çevirməsinin hesabına...”

# 1458
avatar

Oxşar yazılar