Qaxda meşədə azan turistlər tapıldı
12 iyul 2022 12:36 (UTC +04:00)

Qaxda meşədə azan turistlər tapıldı

Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə Peru Respublikasının vətəndaşı Pella Patricia  və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qax rayonunda  qaldıqları oteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Lent.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində dərhal axtarışlara başlanılıb.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində sağ-salamat şəkildə tapılaraq qaldıqları otelə yerləşdiriliblər.

Onlar operativ reaksiyaya görə, Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.

# 3225
avatar

Oxşar yazılar