Qazaxıstan prokurorlarının Bakı səfəri başa çatdı - FOTO
02 iyun 2024 15:27 (UTC +04:00)

Qazaxıstan prokurorlarının Bakı səfəri başa çatdı - FOTO

Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Lent.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağalinin rəhbərlik etdiyi nümayəndə heyət ölkəmizdə işgüzar səfərdə olub.

Səfərin növbəti günü nümayəndə heyətinin üzvləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin inzibati binası ilə tanış olublar.

Qarşılıqlı müzakirələr formatında baş tutmuş ikitərəfli görüş zamanı Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Baş İdarə rəisi Nazim Rəcəbov tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və bu sahədə mövcud müsbət təcrübə haqqında ətraflı məlumat verilib, habelə, görüş çərçivəsində qurumların  fəaliyyəti barədə qarşılıqlı məlumat mübadiləsi həyata keçirilib.

Qonaqların Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasına səfəri zamanı əməkdaşlar üçün yaradılmış şərait və prokurorluğun fəaliyyəti barədə ətraflı məlumat verilməklə yeni inzibati binanın 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət olunub.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq nümayəndə heyətinin üzvlərində xoş təəssürat yaradıb, həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.

Bundan başqa, nümayəndə heyəti Hərbi Qənimətlər Parkında olaraq vətən müharibəsində qüdrətli ordumuzun işğalçılardan tərksilah etdiyi hərbi eksponatlar barədə məlumatlandırılıb.

Səfər başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487
avatar

Oxşar yazılar