Qədr gecəsi həyatı kabusa dönən Mircavad: Məsciddən qayıdanda qəzaya düşdü - FOTO
24 iyun 2022 12:00 (UTC +04:00)

Qədr gecəsi həyatı kabusa dönən Mircavad: Məsciddən qayıdanda qəzaya düşdü - FOTO

1989-cü il təvəllüdlü Əkbərov Mircavad avtoqəzaya düşüb və kəllə-beyin travması alıb.

Bu barədə Lent.az-a onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, hadisə iki ay əvvəl, yəni Ramazan ayında baş verib:

“Mircavad Qədr gecəsi gec saatlarda məsciddən qayıdarkən qəzaya düşüb. Qəzadan sonra aparılan tibbi yoxlamalar nəticəsində Mircavadın beynində çoxsaylı xəsarətlər, o cümlədən altı mm-lik orta xəttin dislokasiyası, beynin sol tərəfində çoxlu xırdalanmış, yer dəyişmiş sümük sınıqları aşkar edilib.

Son iki ayda biz əlimizdə olan hər bir maddi imkandan istifadə edərək prosesi davam etdirməyə çalışdıq, amma heç bir nəticə əldə edə bilmədik. Ona görə də bu prosesdə xalqımızın köməyinə ehtiyacımız olacaq. Onun sağalmasını gözləyən iki azyaşlı övladı var.

Mircavadın ayağa qalxması üçün müalicəsi ən azı daha dörd ay davam etməlidir və müalicənin baha başa gəldiyini nəzərə alsaq, bunu maliyyələşdirmək bizim üçün mümkün olmayacaq.

Müəyyən müddət ərzində bütün məbləğin (30 000 AZN) hamısını toplamağın mümkün olub-olmayacağından əmin deyiləm, amma əminəm ki, sizin köməyinizlə biz bu prosesdə müəyyən yol qət edə bilərik. Hər bir xırda məbləğə görə indidən təşəkkür edirik”.

Ailə ilə əlaqə: +994556882040 (Mircavadın qardaşı, Mircəfər)

“Kapital Bank”: 4169738796276404

Mircavad Əkbərov

# 3612
avatar

Oxşar yazılar