Reabilitasiya Mərkəzinin  direktoru və işçiləri barədə   MƏHKƏMƏ QƏRARI - YENİLƏNİB
05 sentyabr 2022 19:39 (UTC +04:00)

Reabilitasiya Mərkəzinin direktoru və işçiləri barədə MƏHKƏMƏ QƏRARI - YENİLƏNİB

Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.

Lent.az APA-ya istinadla  xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proseslərdə vəsatət təmin edilib və hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib və onlar vəzifədən kənarlaşdırılıblar.

Nizami rayon Məhkəməsin spiker hakimi Qumru Əliyeva faktı APA-ya təsdiqləyib.

 

***

18:47

Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətləri məhkəməyə daxil olub.

Lent.az APA-ya istinadla  xəbər verir ki, Nizami rayon Məhkəməsində daxil olan vəsatətlərdə hər üç şəxs barəsində 3 aylıq ev dustağı qətimkan tədbirinin seçilməsi və vəzifədən kənarlaşdırılması göstərilib.

İşlər hakim Nigar Qədirlinin icraatına verilib və yaxın saatlarda baxılacaq.

Nizami rayon Məhkəməsinin spiker hakimi Qumru Əliyeva faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

# 6456
avatar

Oxşar yazılar