Sabah 35 dərəcə isti olacaq -  HAVA PROQNOZU
17 sentyabr 2022 12:33 (UTC +04:00)

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir cənub küləyi əsəcək. Bakıda havanın temperaturu gecə 21-23° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman müşahidə ediləcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

# 2853
avatar

Oxşar yazılar