Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU
23 may 2023 13:26 (UTC +04:00)

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacaq.

# 1602
avatar

Oxşar yazılar