Sabah 36 dərəcə isti olacaq  - HAVA PROQNOZU
01 iyun 2022 12:37 (UTC +04:00)

Sabah 36 dərəcə isti olacaq - HAVA PROQNOZU

İyunun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

# 2355
avatar

Oxşar yazılar