Sabah Bakıya  güclü yağış   yağacaq - XƏBƏRDARLIQ
02 may 2023 12:31 (UTC +04:00)

Sabah Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Mayın 03-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında

Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

# 2844
avatar

Oxşar yazılar