Sabah Bakıya yağış yağacaq -  HAVA PROQNOZU
01 noyabr 2022 12:47 (UTC +04:00)

Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU

Noyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Şimal küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Noyabr ayının 2-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Xankəndi-Xocavənd, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

# 2298
avatar

Oxşar yazılar