Sabah rayonlara gedənlərə XƏBƏRDARLIQ: Duman olacaq,  yollar buz bağlayacaq
02 yanvar 2023 14:11 (UTC +04:00)

Sabah rayonlara gedənlərə XƏBƏRDARLIQ: Duman olacaq, yollar buz bağlayacaq

Yanvarın 3-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, arabir duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xaldan-Mingəçevir, Naxçıvan-Ordubad, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

# 2529
avatar

Oxşar yazılar