Sabah rayonlara güclü yağış yağacaq -  PROQNOZ
17 sentyabr 2021 12:44 (UTC +04:00)

Sabah rayonlara güclü yağış yağacaq - PROQNOZ

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə, sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3768
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti

Sabah çimərliklərdə gözlənilən hava şəraiti

16 iyul 2024 , 14:44
Təqaüdçülərə ŞAD XƏBƏR:  pensiyalar bu tarixdən ödəniləcək

Təqaüdçülərə ŞAD XƏBƏR: pensiyalar bu tarixdən ödəniləcək

16 iyul 2024 , 14:36
Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

16 iyul 2024 , 13:39
Leysan yağacaq, sel gələcək  - HAVA XƏBƏRDARLIĞI

Leysan yağacaq, sel gələcək - HAVA XƏBƏRDARLIĞI

16 iyul 2024 , 12:48
Bakıda qrilin içindən qurd çıxdı

Bakıda qrilin içindən qurd çıxdı

16 iyul 2024 , 12:34
Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

16 iyul 2024 , 12:30
Leysan yağacaq, dolu düşəcək  - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

16 iyul 2024 , 12:21
Bakı metrosunda qatarlar yubandı

Bakı metrosunda qatarlar yubandı

16 iyul 2024 , 09:17