Sabah yağış və qar yağacaq -  HAVA PROQNOZU
28 oktyabr 2022 12:19 (UTC +04:00)

Sabah yağış və qar yağacaq - HAVA PROQNOZU

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 29-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, yağışlı hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Oktyabr ayının 29-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 100-500 m-dək məhdudlaşacağı ehtimalı var.

# 4536
avatar

Oxşar yazılar