Sabah yağış yağacaq – PROQNOZ
07 avqust 2022 12:47 (UTC +04:00)

Sabah yağış yağacaq – PROQNOZ

Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Lent.az-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33°  isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz  30-32° isti olacaq. Atmosfer təzyiqi  756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-65 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz  18-23° isti olacaq.

# 2799
avatar

Oxşar yazılar