Sabirabadda 16 yaşlı qızın toyu LƏĞV EDİLDİ  - YENİLƏNİB
08 iyun 2022 10:57 (UTC +04:00)

Sabirabadda 16 yaşlı qızın toyu LƏĞV EDİLDİ - YENİLƏNİB

Sabirabadda 16 yaşlı qıza bu günə nəzərdə tutulan toy mərasimi ləğv edilib.

Lent.az xəbər verir ki, Sabirabad rayonunun Qəzli kəndində 16 yaşlı qızın bu günə nəzərdə tutulan toy mərasiminin keçirilməsi üçün qurulan çadır polisin iştirakı ilə sökülüb. 

Qəzli kənd icra nümayəndəsindən Lent.az-a faktı təsdiqləyiblər.

***

7 iyun, 22:10

Xəbərə video əlavə olunub

***

saat 10:27

Azərbaycanda məktəbli qız evləndirilir. 

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, toy Sabirabad rayonunda olacaq:

“Evləndirilən qızın 15 yaşı var. Toy sabah Sabirabad rayonunun Qəzli  kəndindən keçiriləcək. Onu da qeyd edim ki, həmin kənddə bu ikinci hadisədir. Mən bu haqda polisə də məlumat vermişəm. Artıq faktla bağlı araşdırma aparılır". 
 

# 10665
avatar

Aytəkin Cəlali

Oxşar yazılar