Şəhid hərbçimiz II Şəhidlər xiyabanında dəfn olundu -FOTO
06 mart 2023 12:28 (UTC +04:00)

Şəhid hərbçimiz II Şəhidlər xiyabanında dəfn olundu -FOTO

Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, şəhid hərbçi Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.

Mərasimdə Dövlət Himni səslənib, yaylım atəşi açılıb.

 

# 3909
avatar

Oxşar yazılar