Şəhid Zöhrab Kərimov Biləsuvarda dəfn olundu
15 sentyabr 2022 20:00 (UTC +04:00)

Şəhid Zöhrab Kərimov Biləsuvarda dəfn olundu

Erməni təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olan Zöhrab Azad oğlu Kərimov dəfn olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Zöhrab Azad oğlu Kərimov axşam saatlarında doğulduğu Biləsuvar rayonuna gətirilib. Şəhidin nəşi ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhid dəfn olunması üçün Biləsuvar rayon qəbiristanlığına aparılıb.

Şəhid cənazə namazı qılınaraq, torpağa tapşırılıb. Rayon rəhbəri üç rəngli dövlət bayrağını şəhidin atasına təqdim edib.

Qeyd edək ki, şəhid Zöhrab Kərimov 6 ayın əsgəri idi.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 1989
avatar

Oxşar yazılar