Şəhidlərimizlə bağlı xoşagəlməz müzakirələrin aparılması yolverilməzdir - RƏSMİ
16 sentyabr 2022 18:37 (UTC +04:00)

Şəhidlərimizlə bağlı xoşagəlməz müzakirələrin aparılması yolverilməzdir - RƏSMİ

Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk

Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır:

“Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 

# 2718
avatar

Oxşar yazılar