Şəkidə Heydər Əliyevin xatirəsi anılıb
13 dekabr 2025 09:12 (UTC +04:00)

Şəkidə Heydər Əliyevin xatirəsi anılıb

0

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ulu Öndər  Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılıb.

Ulu Öndərin anım günü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunmuşdur.

Dekabrın 12-də şəhər saatlarından başlayaraq Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, hərbiçilər, ictimaiyyətin nümayəndələri, gənclər Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmiş, mərkəzdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.

Ulu Öndərin anım günü ilə əlaqədar dekabr ayının 12-də Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və aztəminatlı ailələrin üzvləri, qazilər üçün ehsan süfrəsi təşkil olunub.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ağsaqqallar, şəhid və aztəminatlı ailələrin üzvləri, qazilər, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, iyirmi iki il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Lakin Ulu Öndər cismən bizdən ayrı olsa da, ruhən bizimlədir. Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, qurduğu, yaratdığı müasir Azərbayacan yaşayır və onun yolu ilə inkişaf edir.

Ehsan mərasimində Qurani-Kərimdən ayələr oxunub, Ulu Öndər Heydər Əliyevin ruhuna dualar səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar