"Semaşko"da xəstəyə "sprite" butulkasında sistem köçürüldü? -FOTO
03 iyun 2022 17:25 (UTC +04:00)

"Semaşko"da xəstəyə "sprite" butulkasında sistem köçürüldü? -FOTO

Kliniki Tibbi Mərkəzdə xəstəyə “Sprite” butulkasında sistem köçürülməsi ilə bağlı foto paylaşılıb. 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, həmin fotoşəkil saxtadır!

Bəzi qeyri-ciddi sosial şəbəkə səhifələrində yayımlanmış, Kliniki Tibbi Mərkəzdə çəkildiyi iddia edilən fotoşəkil saxtadır və bunu qərəzli paylaşımlar hesab edirik. Bunu yayan ilk mənbə ilə də əlaqə saxlanılıb, bu cür saxta və böhtan xarakterli paylaşıma görə etiraz olunub. 

Onlardan həmin saxta paylaşımın yığışdırılması tələb olunub, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilib. 

Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti bütün media nümayəndələrinə hər zaman açıqdır və istənilən məlumatı operativ cavablandırmağa hazırdır.


 

# 4317
avatar

Aytəkin Cəlali

Oxşar yazılar