Son günlərin ən soyuq günü gəlir -  HAVA PROQNOZU
05 noyabr 2022 12:37 (UTC +04:00)

Son günlərin ən soyuq günü gəlir - HAVA PROQNOZU

Noyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda xəzri küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enəcəyi və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Avtomobil yollarında vəziyyət

Noyabr ayının 6-da ölkə ərazisində qeyri sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində arabir duman olacağı, görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

 

# 4074
avatar

Oxşar yazılar