Toylara icazə tələbi  LƏĞV EDİLDİ
20 iyun 2022 21:15 (UTC +04:00)

Toylara icazə tələbi LƏĞV EDİLDİ

Azərbaycanda şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi ləğv edilir.

Lent.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, müəyyən edilib ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv ediləcək.

# 4089
avatar

Oxşar yazılar