Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “AzInTelecom”da olub ®
28 oktyabr 2022 15:26 (UTC +04:00)

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “AzInTelecom”da olub ®

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və Türkiyə Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüş Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Rahid Ələkbərlinin təşkilatçılığı ilə “AzInTelecom” MMC-nin inzibati binasında olub.

 

Görüşdə Türkiyə Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Kibertəhlükəsizlik sistemləri üzrə şöbə müdiri Ahmet Bahadır Bülbül, Türkiyə Kibertəhlükəsizlik Klasterinin rəhbəri Alpaslan Kesici və Türkiyə Kibertəhlükəsizlik Klasterinin İnkişaf koordinatoru Çağrı Ertuğrul, “AzInTelecom” MMC-nin İnformasiya təhlükəsizliyi departamentinin direktoru Sadiq Yolçuyev və qurumun əməkdaşları iştirak ediblər.

Danışıqlar zamanı “AzInTelecom” MMC-nin rəsmiləri bir müddət öncə İnformasiya təhlükəsizliyi xidmətləri göstərməyə başlanıldığını bildiriblər. Qeyd olunub ki, “AzInTelecom” MMC bu sahədə əməkdaşlıq əlaqələrini genişləndirərək qabaqcıl və keyfiyyətli texnologiyaları müştərilərə təqdim etmək istiqamətində tədbirlər həyata keçirir.

Türkiyə Kibertəhlükəsizlik Klasteri təşkilatı ilə birlikdə texnoloji şirkətlərlə əməkdaşlıq perspektivləri, bu sahədə tətbiq edilən müasir avadanlıqların əldə edilməsi və gənc kadrların hazırlanması istiqamətində gələcək hədəflər və yeni iş imkanları müzakirə olunub.

Qeyd edək ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC müştərilər üçün Kibertəhlükəsizlik və İnformasiya təhlükəsizliyinin auditi və konsaltinq xidmətlərini təşkil edir. Bu xidmətlərin reallaşdırılmasında əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Onlardan istifadə həssas məlumatlar ilə işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.

 

 

 

 

# 1440
avatar

Oxşar yazılar