Türkiyədəki zəlzələ Azərbaycanda təkrarlana bilər? - AÇIQLAMA
23 noyabr 2022 14:09 (UTC +04:00)

Türkiyədəki zəlzələ Azərbaycanda təkrarlana bilər? - AÇIQLAMA

Bu gün səhər saatlarında İstanbulun Düzce rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 6,8 km dərinlikdə yerləşib. Baş verən zəlzələ nəticəsində 50 nəfər yaralanıb.

Maraqlıdır, Türkiyədə baş verən zəlzələnin Azərbaycana hər hansı bir təsiri varmı?

Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Lent.az-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur.

Onun sözlərinə görə, çünki bu ərazilər ayrı-ayrı ərazilərdir: 

“Türkiyədə baş verən zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarının oynamasına təkan verə bilməz. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Yerdaxili, hiss olunmayan hərəkətlər həmişə var. Respublikada yaxdın zamanlarda güclü, dağıdıcı zəlzələnin baş verməsi gözlənilmir. Bu səbəbdən əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur".

# 6327
avatar

Arzu Qurbanlı

Oxşar yazılar