Uşaqlar arasında naməlum hepatit yayılır -  ÖLDÜRÜCÜDÜR
13 iyul 2022 19:01 (UTC +04:00)

Uşaqlar arasında naməlum hepatit yayılır - ÖLDÜRÜCÜDÜR

Uşaqlar arasında naməlum mənşəli hepatit yayılır. 

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, naməlum hepatitə mindən çox uşağın yoluxması qeydə alınıb. 

İyulun 8-nə olan məlumata görə, xəstəlik nəticəsində 22 uşaq dünyasını dəyişib. Xəstəliyin ilk aşkarlandığı, yəni aprelin 5-dən iyulun 8-dək 35 ölkədə 1010 mümkün hepatit xəstəsi olub. 

Xəstəliyin dəqiq mənşəyi isə məlum deyil. Bəzi hallarda xəstələrin də SARS-CoV-2 koronavirusuna yoluxduğu aşkarlanıb, lakin xəstəliklər arasında əlaqə hələ müəyyən edilməyib.

Xatırladaq ki, İyunun 26-da Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə komitəsi meymun xəstəliyinin yayılması ilə bağlı vəziyyəti qiymətləndirərək onu “fövqəladə vəziyyət” adlandırıblar.

# 3096
avatar

Aytəkin Cəlali

Oxşar yazılar