Uzun sürəcək  maqnit qasırğaları   yaxınlaşır: Mayın ən təhlükəli günləri
30 aprel 2023 14:41 (UTC +04:00)

Uzun sürəcək maqnit qasırğaları yaxınlaşır: Mayın ən təhlükəli günləri

Ekspertlər iddia edir ki, may ayında bir neçə uzunmüddətli maqnit qasırğası olacaq və ilk dalğanın kifayət qədər güclü olacağı gözlənilir ekspertlər deyir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, geomaqnit qasırğaları Yerin maqnit sahəsinin müxtəlif müddət və intensivliklə pozulmasıdır. Onlar yüklü hissəciklərin Günəşdən kosmosa atılması nəticəsində yaranır.

Mayın ilk maqnit qasırğaları 11-dən 17-nə kimi gözlənilir. Onlara “güclü” statusu verilib.

Sonra mayın 20-dən 25-dək orta intensivlikli maqnit qasırğaları proqnozlaşdırılır.

Mayın son maqnit qasırğası ayın 28-də Yer kürəsini bürüyəcək. Güclü olacaq və bütün gün davam edəcək.

# 4569
avatar

Oxşar yazılar