Videosu yayılan azyaşlı xəstəxanaya yerləşdirildi - DÖVLƏT KOMİTƏSİ
05 may 2023 12:03 (UTC +04:00)

Videosu yayılan azyaşlı xəstəxanaya yerləşdirildi - DÖVLƏT KOMİTƏSİ

Son günlər sosial şəbəkələrdə azyaşlı oğlan uşağının ürəkağrıdan videogörüntüsünün yayılması ilə bağlı xəbər vermişdik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin azyaşlı hazırda səhiyyə müəssisəsinə yerləşdirilib:

"Azyaşlının yayılan videogörüntüsü barədə məlumatlıyıq. Polislərlə birgə onun ünvanını təyin etdik. Azyaşlı narkotik aludəçisidir. Hazırda o, səhiyyə müəssisəsinə yerləşdirilib. Müalicə alır".

Qeyd edək ki, narkotik aludəçisi olan yeniyetmə 12-13 yaş aralığındadır. Eyni zamanda, uşağın həm sağlamlığında, həm də əqlində problem var.  

# 1992
avatar

Fidan İlqar

Oxşar yazılar