Xəstəxanada baxımsız qalan kimsəsiz azyaşlının SON DURUMU
17 sentyabr 2022 13:15 (UTC +04:00)

Xəstəxanada baxımsız qalan kimsəsiz azyaşlının SON DURUMU

2 yaşlı Araz sağtərəfli bronxopnevmoniya diaqnozu ilə körpələr evindən avqustun 14-də Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına daxil olub.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, azyaşlının müayinəsi aparılıb və müvafiq müalicələrə başlanılıb. Sentyabrın əvvəllərində körpənin bədənində səpkilər müşahidə edilib. Bununla bağlı həkim-dermatoveneroloq körpəni müayinə edib. Azyaşlıda qoturluq inkar edilib və allergik dermatit diaqnozu qoyulub. Mütəxəssis tərəfindən təyin edilən müvafiq müalicəyə başlanılıb.

Hazırda körpənin vəziyyəti kafidir. Sağtərəfli bronxopnevmoniya artıq müalicələr sayəsində keçib. Körpənin temperaturu yoxdur, aktivdir.

Məlumat üçün bildirək ki, Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası uzun illərdir ki, valideynləri tərəfindən imtina edilən uşaqlara xidmət göstərir. Körpələr evinə yeni yerləşdirilən uşaqlar ilk olaraq müayinə üçün xəstəxanaya göndərilir. Xəstəxanada körpələr mütəxəssislər tərəfindən müayinə edilir. Müalicəyə ehtiyacı olan körpələr nəzarətə götürülür və həkim nəzarəti altında onların müalicələrinə başlanılır. Körpələr sağlamlıqlarına qovuşduqdan sonra yenidən körpə evlərinə göndərilir. Hazırda Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında körpələr evindən gətirilən 8 nəfər müalicələri alır.

Qeyd edək ki, sosial şəbəkələrdə körpələr evində azyaşlıların natəmiz saxlanıldığı və Qarayev xəstəxanasında onlara baxılmadığı barədə məlumat paylaşılıb.

# 2316
avatar

Aytəkin Cəlali

Oxşar yazılar