Yayın ilk gecələrində  şaxtalı hava   XƏBƏRDARLIĞI
01 iyun 2023 12:04 (UTC +04:00)

Yayın ilk gecələrində şaxtalı hava XƏBƏRDARLIĞI

İyunun əvvəlində Moskva və Moskva vilayətinin sakinlərini soyuq gecələr gözləyir.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, bunu hidrometeorologiya xidməti mütəxəssisi Mixail Leus söyləyib.

“Növbəti gecə paytaxt regionunda bəzi yerlərdə havanın temperaturu 3 dərəcəyədək enəcək, şənbədən bazara keçən gecə isə 2 dərəcəyədək soyuyacaq ki, bu da torpaq səthində şaxtaların əmələ gəlməsinə şərait yaradır. Gələn həftənin başlaması ilə gecələr havanın temperaturu bir qədər yüksələcək”, - o bildirib.


 
 

# 27669
avatar

Oxşar yazılar