Yol Polisindən dumanlı hava ilə bağlı MÜRACİƏT
11 mart 2023 09:20 (UTC +04:00)

Yol Polisindən dumanlı hava ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı sürücülərə müraciət edib.

İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır:

"Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".

# 1626
avatar

Oxşar yazılar