Yol polisindən tıxacla bağlı  BƏDBİN AÇIQLAMA
05 oktyabr 2022 18:28 (UTC +04:00)

Yol polisindən tıxacla bağlı BƏDBİN AÇIQLAMA

"Reallıq budur ki, paytaxtda real sıxlıq var, hərəkət üçün nəzərdə tutulan yollar və avtomobil sayı da məlumdur. Lakin məsuliyyət hissi vəziyyətə tam olaraq tərs mütənasibdir".

Lent.az xəbər verir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, məsuliyyət hissi tərs mütənasib olduğu üçün ya qaydalar sərtləşməli, ya da biz dəyişməliyik:

“Biz isə gündəlik həyat tərzimizi dəyişməsək, yol mədəniyyətimizə faydalı yeniliklər gətirməsək, hələ sıxlıq və tıxacları çox müzakirə edəcəyik.

Hər gün evdən çıxan sürücü avtomobilinə nəzarət etməyib nasaz vəziyyətdə yola çıxacaqsa, parklama yeri azdır deyib yolları keçilməz vəziyyətə gətirəcəksə, piyadalar necə gəldi hərəkət etməklə yollarda kamikadzelik edəcəklərsə, kimlərinsə maddi marağı dövlətin marağını üstələyəcəksə və bu problemlərin həllini şəxsimizdən başlamaqla etməyib hər şeyin bir neçə adam tərəfindən icrasını gözləyəcəyiksə, onda çox gözləməli olacağıq.

Reallıq budur ki, paytaxtda real sıxlıq var, hərəkət üçün nəzərdə tutulan yollar və avtomobil sayı da məlumdur. Lakin məsuliyyət hissi vəziyyətə tam olaraq tərs mütənasibdir.

Belə olduqda isə qaydalar sərtləşməli, ya da biz dəyişməliyik ki, proses daha da gərginləşməsin. Qaydaları tələb edən polisə isə müxtəlif bəhanələr gətirərək qanuni işə müdaxilələr etmək istəyi və daha sonra yalançı qanun təəssübkeşi olmaq arzusu, yollarda sıxlıq yaradıb, axşamlar klaviatura arxasına keçib çay və qəhvə müşayiətində narazı kütlə yaratmaq, səhər durub rəftarını dəyişməmək yenə də problemləri həll etmir.

Bir daha bütün hərəkət iştirakçılarını nizam-intizama riayət etməyə dəvət edirik. Nə qədər gec deyil, yollardakı vəziyyətə münasibətimizi dəyişək”.

# 2061
avatar

Oxşar yazılar

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56
Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45