Yol polisindən valideynlərə MÜRACİƏT
11 yanvar 2023 18:35 (UTC +04:00)

Yol polisindən valideynlərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə və sürücülərə müraciət edib.

İdarədən Lent.az-a daxil olan müraciətdə deyilir:

"Əziz valideynlər uşaqlarımızın yollarda arzuolunmaz hadisələrlə üzləşməməsi, həyatımızı həsr etdiyimiz doğmalarımızın bədbəxt hadisənin qurbanına çevrilməməsi üçün bir daha sizlərə müraciət edirik.

Azyaşlı övladlarınızı nəzarətsiz qoymayın. Onlara yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə zamanı ehtiyatlı olmaları barədə məlumatlandırın, yol hərəkəti qaydaları haqda bilik və vərdişlərin aşılanmasında fəal iştirak edin. 

Eyni zamanda bütün sürücülərdən xahiş edirik ki, yollarda diqqətli olsunlar, nəzərə alsınlar ki, bir insanın xəsarət alması və ya həyatını itirməsi cəmiyyətimiz üçün çox böyük bir faciə olmaqla yanaşı, onu törədən şəxsin də ömürlük peşmançılıq yaşamasına səbəb olur". 

# 1506
avatar

Oxşar yazılar