Yollar  buz BAĞLAYACAQ   - XƏBƏRDARLIQ
05 dekabr 2022 12:14 (UTC +04:00)

Yollar buz BAĞLAYACAQ - XƏBƏRDARLIQ

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 5-i saat 12:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

# 3489
avatar

Fidan İlqar

Oxşar yazılar