"Yoluxma artarsa, siniflər bağlana bilər" - Emin Əmrullayevdən COVID açıqlaması
27 iyul 2022 12:32 (UTC +04:00)

"Yoluxma artarsa, siniflər bağlana bilər" - Emin Əmrullayevdən COVID açıqlaması

“Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Müvəqqəti siniflərin bağlanma ehtimalı var”.

Lent.az xəbər verir ki, bu sözləri təhsil naziri bu gün keçirilən brifinqdə yoluxmanın artması ilə sentyabrda məktəblərin bağlanması barədə yayılan şayiələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, pandemiya dövründə kifayət qədər təcrübə toplanılıb:

“Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu,ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur".

# 5451
avatar

Fidan İlqar

Oxşar yazılar