Zaqataladakı yanğın nəzarət altına alındı
02 sentyabr 2022 19:45 (UTC +04:00)

Zaqataladakı yanğın nəzarət altına alındı

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır.

Lent.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova APA-ya bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.

Nazirlik rəsmisinin sözlərinə görə, yanğın baş vermiş ərazilərə ETSN-in bütün yerli qurumlarının 300-dən artıq əməkdaşı səfərbər olunub.

# 1470
avatar

Oxşar yazılar