Mark Zuckerberg
30 sentyabr 2022 11:44 (UTC +04:00)

Mark Zuckerberg

“Facebook” işçiləri arasında ÇAXNAŞMA

“Facebook”, “Instagram” və “WhatsApp”ın ana şirkəti olan “Meta”da işə qəbulun dondurulacağı və yenidən strukturlaşdırılacağı açıqlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qərar işçilər arasında işdən çıxarılma panikasına səbəb olub.

Şirkətin CEO-su Mark Zukerberq dəyişikliklər üçün qeyri müəyyən makroiqtisadi vəziyyəti nümunə göstərib.

Zukerberq həftəlik sual-cavab sessiyasında işçilərə: "İqtisadiyyatın indiyə qədər daha aydın şəkildə sabitləşəcəyinə ümid edirdim, lakin gördüyümüz kimi hələ bu, belə görünmür, ona görə də prosesi bir az ehtiyatla planlaşdırmaq istəyirik." – deyə bildirib.

“Reuters”in son aylarda yaydığı məlumata görə, sosial media şirkəti bu il mühəndisləri işə götürmək planlarını ən azı 30 faiz azaldıb.

Pandemiya ilə başlayan prosesdə “Meta”nın əsas gəlir mənbəyi olan reklamçılar xərclərini azaltmağa başladılar. Həmçinin, “ByteDance”ə məxsus məşhur video tətbiqi “TikTok”un rəqabəti “Meta”nı çətin proseslərlə üz-üzə qoydu.

Xatırladaq ki, şirkət cari ilin may ayında işə qəbulların dondurulacağını təsdiqləmişdi, lakin dəqiq rəqəmlər barədə bir məlumat yox idi.

Lətif İsmayılov

# 4554
avatar

Oxşar yazılar